Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2020
10:42
İran Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulduğunu açıqladı

FaktXəbər-in məlumatına görə, İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb. Bu barədə İran dövlət telekanalı məlumat yayıb.

Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilib ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurub.

Açıqlama qeyd olunub ki, ABŞ hərbi bazalarına raket zərbələrindən bir neçə saat sonra ABŞ terror qüvvələrinin ölkə daxilində döyüşləri artıb və strateji mərkəzləri yaxınlığında bəzi hərəkətliliklər olub və bu da radarlarda həssaslığa səbəb olub. Belə vəziyyətdə sərnişin təyyarəsi havada dönərkən SEPAH-ın həssas bir hərbi mərkəzinə yaxınlaşıb. Bu halda təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub. Bu da təəssüf ki, əziz həmvətənlərimizin şəhid olması və bir sıra xarici vətəndaşların ölümü ilə nəticələnib.

İranın Xarici İşlər naziri Cavad Zərif  öz növbəsində "Twitter" hesabında yazıb ki, "ABŞ avantürizmi tərəfindən ortaya çıxan böhran zamanı insan səhvi" qəzaya səbəb olub. O, eyni zamanda təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.

Qeyd edək ki,Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib. 

Məqalədə : İran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
425

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
461

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
487

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
432

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
623

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
470

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
545
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-04-2021 07:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru