Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Yanvar

2020
10:02
İstirahət günləri üçün hava proqnozu

İstirahət günlərində bəzi yerlərdə yağış və qar yağacaq.

FaktXəbər-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Böyük və Kiçik Qafqazda havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, yanvarın 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2-5, gündüz 6-11, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 11-də gecə və səhər dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 1-6, dağlıq ərazilərdə 8-11 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Paytaxtda arabir yağış yağacağı, yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, yanvarın 12-də mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti olacaq.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
468

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
325

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
445

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:29





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru