Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2020
19:34
Bakı Polisindən “qara bloknot” və “rüşvət otaqları” açıqlaması - RƏSMİ

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbərlərə aydınlıq gətirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:

“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”.

Qeyd edək bu gün BakuPost-un yaydığı məlumata görə, Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparılıb. Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.

Bundan əlavə, idarə rəisi və alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən, firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.(oxu.az)

Məqalədə : yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fuad Hacıyev 300 minlik dələduzluqda ittiham edilir

26

Fevral
11:28
HÜQUQ,HADİSƏ
182

Prezident Xocalı abidəsini ziyarət edib

26

Fevral
10:11
ÖLKƏ
204

"Bavariya" "Çelsi"ni darmadağın etdi

26

Fevral
09:38
İDMAN
370

Türkiyədə güclü zəlzələ baş verib

26

Fevral
09:08
DÜNYA
399
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 12:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru