
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də, televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

Bakıda bağçalarda uşaqlara geyim və kakao alınması adıyla 2 mln. manata qədər pul qanunsuz xərclənib
15
Aprel11-06-2020 11:29 “20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
25-02-2020 10:17 20 Yanvar qətliamını törədən SSRİ marşalı öldü
18-02-2020 10:40 20 Yanvar" dairəsindəki qarışıqlıq aradan qaldırılacaq
20-01-2020 21:34 AİP 20 Yanvar faciəsi ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib
20-01-2020 12:04 Azərbaycan ərazisində bir dəqiqəlik sükut olub
20-01-2020 00:01 Azərbaycan 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd edir
- 15-04-2021 16:58 XİN həmsədrlərin son bəyanatına münasibət bildirib
- 15-04-2021 12:29 Türkiyənin yeni səfiri Bakıya gəlir
- 14-04-2021 13:00 "Rəsmi Bakı 7 bölgənin eyni vaxtda geri qaytarılmasını tələb edirdi"
- 14-04-2021 09:58 Sahibə Qafarova bu gün Rusiyaya səfər edəcək
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"