
2020-ci ildə Maliyyə Nazirliyi 5 illik qiymətli kağızlar buraxacaq
Maliyyə Nazirliyi tərəfindən 2020-ci il ərzində ümumi həcmi 850 milyon manat məbləğinədək dövlət qiymətli kağızlarının buraxılışı nəzərdə tutulur.
Bu barədə Nazirlikdən məlumat verilib.
Qeyd olunan buraxılış çərçivəsində 300 milyon manat dövlət qısamüddətli (1 il və daha qısa) və 550 milyon manat ortamüddətli (1 ildən 5 ilədək) dövlət qiymətli kağızların daxili maliyyə bazarlarında buraxılmasını təsdiq edən müvafiq sənədlər, o cümlədən dövlət istiqrazlarının Buraxılış Şərtləri artıq dövlət qeydiyyatına alınıb.
İnvestorlar tərəfindən daha uzunmüddətli dövlət qiymətli kağızlarına olan tələbatın artmasını nəzərə alaraq 2020-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq dövriyyə müddəti 5 ilədək olan dövlət istiqrazlarının emissiya edilməsi nəzərdə tutulur. Bununla Azərbaycan Respublikası Prezidentin 24 avqust 2018-ci il tarixli 424 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədində qarşıya qoyulan vəzifələrin icrası, habelə daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və daha uzunmüddətli qiymətli kağızlar üzrə istinad dərəcəsinin (bençmark) müəyyən olunması təmin edilməklə qiymətli kağızlar bazarının inkişafı daha da sürətləndiriləcəkdir.
Maliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, cari və əvvəlki illərdə olduğu kimi növbəti ildə də dövlət istiqrazları üzrə keçiriləcək hərraclar barədə dövrü olaraq rüblük, habelə həyata keçirilən hərracların nəticələri barədə məlumatlar hərrac baş tutduqdan dərhal sonra Nazirliyin rəsmi saytında dərc olunacaqdır.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel- 22-04-2021 09:59 Azərbaycan nefti bahalaşıb
- 22-04-2021 09:11 AMB-nin valyuta məzənnələri
- 21-04-2021 15:58 "YAŞAT” Fonduna indiyədək köçürülən vəsait açıqlanıb
- 21-04-2021 13:50 Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
- 21-04-2021 12:30 Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
- 21-04-2021 11:57 Dünya Bankı qızılın qiyməti üzrə proqnozunu açıqlayıb
- 21-04-2021 09:22 Neft yenidən ucuzlaşıb
- 21-04-2021 09:09 AMB-nin valyuta məzənnələri
- 20-04-2021 17:08 İqtisadiyyat Nazirliyi sahibkarlara xəbərdarlıq edib
- 20-04-2021 14:58 İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib
- 20-04-2021 10:59 Azərbaycan nefti bahalaşır
- 20-04-2021 10:47 Müavinət, təqaüd və kompensasiyaların ödəniləcəyi vaxt məlum oldu
- 20-04-2021 09:47 Neft yenidən bahalaşıb
- 20-04-2021 09:19 AMB-nin valyuta məzənnələri
- 19-04-2021 09:42 Neft ucuzlaşıb
- 19-04-2021 09:10 AMB-nin valyuta məzənnələri
- 17-04-2021 13:22 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
- 16-04-2021 15:13 Azərbaycan qaz ixracını kəskin artırıb
- 16-04-2021 14:12 Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb
- 16-04-2021 11:31 Azərbaycan nefti bahalaşıb
- 16-04-2021 09:45 Neft yenidən bahalaşıb
- 16-04-2021 09:23 AMB-nin valyuta məzənnələri
- 15-04-2021 10:59 Azərbaycan nefti kəskin bahalaşıb
- 15-04-2021 09:59 Neft kəskin bahalaşıb
- 15-04-2021 09:12 AMB-nin valyuta məzənnələri