Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2019
10:30
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin edilib

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin edilib

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin edilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla əmr imzalayıb. 

Əmrə əsasən, Valeh Hüseynov Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru təyin edilib. 

Qeyd edək ki, V.Hüseynov 1998-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) pediatriya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1999-cu ildə Respublika Onko-Hematoloji Mərkəzində Kiçik elmi işçi kimi Onko-Hematoloq vəzifəsində başlayıb. 2000-ci ildə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda elmi işçi, 2001-ci ildən Mərkəzi Klinik Xəstəxanada hematoloq, 2003-cü ildən Xəstəxananın Hematologiya və Onkologiya bölməsi və Qan Bankının müdiri vəzifələrində çalışıb. 2009-cu ildən sözügedən xəstəxananın Terapiya Mərkəzinin müdiri, 2015-2017-ci illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

O, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4300

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2405

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2005
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 04:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru