Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
16:50
Ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb

“Azəriqaz”: Ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96 faizə çatıb

Bu ilin dekabrın 28-də Goranboy rayonunun Goran qəsəbəsinin qazlaşdırılması işləri başa çatdırılıb. Bununla da, 2019-cu ildə qaz çəkilişi nəzərdə tutulan sonuncu yaşayış məntəqəsinə qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) verilən məlumata görə, dövlət proqramı əsasında icra olunan işlərin yekunu olaraq qəsəbədə 109 fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Ümumilikdə 8607 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı qaz xətləri çəkilib və evlərə 109 ədəd sayğac quraşdırılıb. Goran qəsəbəsinin qazlaşdırılması üçün yeni qaz paylayıcı məntəqə də istifadəyə verilib.

Qeyd edək ki, 2019-cu ildə respublikanın regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Qazlaşma proqramı 14 227 fərdi yaşayış evini əhatə edib. Bakı şəhəri üzrə 2019-cu ildə 1-ci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Proqrama 4607 fərdi yaşayış evi daxildir. Həmin massivlərdən 6-da qazlaşma işləri tamamlanaraq təbii qaz verilişi həyata keçirilib. Digər massivlərdə işlər 2020-ci ilin 1-ci rübündə tamamlanacaq. Beləliklə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb.

Məqalədə : Azəriqaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53072

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51278

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52723

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52405

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57832

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52071

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52457
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 05:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru