Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
11:37
Salyanda polis özünü yandırmağa cəhd edib, DİN açıqlama verib

Salyan şəhərində polis özünü yandırıb.

Rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Yanında olan polis əməkdaşları tərəfindən vaxtında müdaxilə edildiyindən yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyi.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir.  Daxili İşlər Nazirliyinin aidiyyatı qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq". 

Məqalədə : Salyan polis özünü yandırıb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12492

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11196

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12629

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12223

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17580

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12041

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12215
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 06:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru