Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
09:35
Tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilə bilər

Dövlət proqramları çərçivəsində təqdim edilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına göstərilə bilər

Hazırda dövlət proqramları çərçivəsində təqdim edilən xidmətlərin gələcəkdə icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.

FaktXəbər-in verdiyi məlumata görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib ki, hazırkı xidmətlər zərfi kifayət qədər genişdir:

“Ölkə üzrə göstərilə bilən tibbi xidmətlərin 60 faizi bu xdmətlər zərfinə daxil edilib. Amma burada istisnalar dövlət proqramları ilə bağlıdır. Şəkərli diabet, vərəm, onkoloji, dializ xəstələri üçün ayrıca dövlət proqramları icra olunur. Bunun üçün dövlət büdcəsindən ayrıca vəsait ayrılır. Həmin xəstələrə də onlar üçün ixtisaslaşdırılmış müəssisələrdə xidmət göstərilir. Bu dövlət proqramlarının bir qismi 2020, bir qismi 2021-ci ildə bitir. Həmin proqramlar bitdikdən sonra onları da xidmətlər zərfinə daxil etməyi düşünürük”.

Z.Əliyev əlavə edib ki, xidmətlər zərfində təcili yardım, ixtisaslaşdırılmış poliklinika həkimlərinə müraciət, laboratoriya analizləri, şüa diaqnostikası xidmətlərinə, ehtiyac duyulan cərrahi əməliyyatlara təminat verilir:

“Əgər vətəndaş müraciət etdiyi müəssisədə lazım olan xidməti ala bilmədikdə, biz onu nüfuzlu digər böyük tibb müəssisəsinə yönəldəcəyik. Biz də vətəndaşın yerinə xidmət haqqını ödəyəcəyik”.

Qeyd edək ki, 2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.

Sistemin tətbiqi üçün büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək.

Məqalədə : İcbari tibbi sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda qəza - prospektdə tıxac yarandı

15

Fevral
13:22
HÜQUQ,HADİSƏ
505

Qarabağada erməni əsgəri ölüb

15

Fevral
12:22
HƏRB
380

İmişlidə 1500 abonentin qazı kəsilib

15

Fevral
11:58
ÖLKƏ
384

Vilayət Eyvazov baş mühəndisi rəis təyin etdi

15

Fevral
10:48
HÜQUQ,HADİSƏ
621

Tovuzda yanğın baş verib

14

Fevral
17:30
HÜQUQ,HADİSƏ
538

Yerdən 980 manat tapan şəxs pulu sahibinə qaytarıb

14

Fevral
17:20
HÜQUQ,HADİSƏ
672
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-02-2020 02:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru