
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı ilə bağlı açıqlama verib.
S. Novruzov Modern.az-a açıqlamasında qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb:
“5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, dövlətçilik və digər məsələlərlə bağlı atdıqları addımlar nəzərə alınıb.
Bunun nəticəsi olaraq, növbəti siyahı hazırlanarkən həmin məsələlər önə çəkilir. Tədqiqatların nəticəsində hansı xarakterli namizədlərin irəli sürülməsi, köhnə namizədlərin yenidən irəli sürülüb-sürülməməsi məsələsi seçicilərlə sosiaoloji sorğu şəklində müzakirə olunub.
Nəticədə partiyanın namizədlər siyahısı tərtib edilib. Bundan əlavə partiya sədrinin tapşırıq və göstərişləri də bu məsələdə xüsusi nəzərə alınır.
Həyata keçirilən islahatlar, burada Milli Məclisin oynadığı rol, xüsusilə YAP üzvləri tərəfindən qarşıya qoyulan vəzifələrin necə yerinə yetirilməsi diqqətə alınır”.
Siyavuş Novruzov onu da vurğulayıb ki, partiya həm gənclərin, həm də qadınların bütün seçkilərdə iştirakına üstünlük verib:
“Bundan öncə keçirilən bələdiyyə seçkilərində də xeyli gənclərin və qadınların namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Parlament seçkilərində də namizədlərimiz arasında gənclər, qadınlar üstünlük təşkil edir”.
YAP rəsmisinin sözlərinə görə, partiya 123 dairədən namizəd irəli sürüb:
“Cəmi iki dairədən namizəd irəli sürməmişik. Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizədimiz yoxdur. Qalan bütün dairələrdən namizədlərimiz var.
Deputat həmkarlardan bəzilərinin siyahıdan kənarda qalmasına gəlincə isə bu qərar YAP idarə heyətinin qərarıdır”.
Novruzov onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub: “Kim maraqlanırsa, oradan götürə bilər”.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel07-04-2021 16:24 "Hökm olmadan Nəcməddin Sadıkov haqda xain, agent deyə bilmərik"
25-02-2020 11:24 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb
25-01-2020 13:21 Deputatlığa namizədliyini irəli sürmüş bir qrup YAP-çı partiyadan çıxarılıb
28-11-2019 16:22 "Seçkilərin vaxtını Prezident müəyyən edəcək"
27-11-2019 12:35 Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyə
06-11-2019 14:58 Siyavuş Novruzov: İsa Qəmbər Ali Sovetin sədri olanda YAP-a qurultay keçirməyə imkan
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"
- 02-04-2021 14:58 Milli Məclisin sabiq deputatı həbs edildi
- 02-04-2021 12:35 İlham Əliyevdən günəş elektrik stansiyası ilə bağlı SƏRƏNCAM
- 02-04-2021 11:46 Suriya və İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması üçün tədbirlər görülür
- 02-04-2021 09:56 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 01-04-2021 17:22 Lavrovla Bayramovun görüşü ilə bağlı Kremldən açıqlama
- 01-04-2021 14:38 İlham Əliyev Vladimir Putinlə Qarabağı müzakirə edib
- 01-04-2021 14:16 İlham Əliyev Selçuk Bayraktarı qəbul etdi - FOTO
- 01-04-2021 12:26 İlham Əliyev Rusiya Hökuməti sədrinin müavinini qəbul edib
- 01-04-2021 11:25 BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfərinin tarixi və proqramı açıqlandı
- 01-04-2021 11:12 Ceyhun Bayramov Moskvaya getdi