Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
16:35
Təhsil naziri Vəndam qəsəbəsindəki yeni məktəbin açılışında

Dekabrın 25-də Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev iştirak ediblər.

Nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, məktəb 360 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət olan məktəbdə 15 sinif otağı ilə yanaşı  məktəbəhazırlıq, tibb, texnologiya, kompüter otaqları, kimya, fizika və biologiya laboratoriyaları, çağırışaqədərki hazırlıq kabineti, 162 yerlik akt zalı, 100 yerlik yeməkxana, texniki otaq və kitabxana da vardır.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3516

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2622

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2028

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1781
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 00:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru