Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
10:51
Tibb Universitetinin 4 tələbəsinə töhmət verilib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoryanı şurasının növbəti toplantısı keçirilib. 

ATU-dan FaktXəbər-ə verilən məlumata görə, toplantıda 2019/2020-ci tədris ilinin payız semestrində aparılan aralıq qiymətləndirmənin nəticələri haqqında müvafiq şöbələrdən hesabatlar dinlənilib.

Rektor professor Gəray Gəraybəyli 2019/2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti ilə maraqlanıb, görüləcək işlər haqqında danışıb.

Şuranın qərarına əsasən, II müalicə-profilaktika fakültəsinin III kurs 317A3 qrup tələbəsi Əvəz Yusubov universitetin nizam-intizam qaydalarını pozduğuna görə töhmət alıb. Eləcə də, ATU-nun hazırlıq kurs tələbələri Negar Mohammadı, Maryam Hosseini Ozarlou və Mirhossein Hosseiniozarlouya dərsdə nizam-intizam qaydalarını pozduqları üçün (dərs zamanı tibbi xalat geyməkdən imtina ediblər) şuranın qərarına əsasən töhmət verilib.

Qeyd edək ki, toplantıda universitetin rektoru, prorektorları, şöbə müdirləri, fakültə rəhbərləri və tələbələr iştirak ediblər. Tədbirdə universitetdaxili bir çox məsələlərə baxılıb, müzakirələr aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68674

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
66102

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67904

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
67276

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72732

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66955

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
67348
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-03-2021 01:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru