Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Dekabr

2019
15:11
Sarqsyanın qardaşı oğlu həbsxanaya göndərilib

Yerevanın Ümumi yurisdiksiya məhkəməsi Çex Respublikasından vətəninə təhvil verilən Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanın tutulması barədə qərar qəbul edib.

Faktxəbər-in məlumatına görə, bu barədə "TASS" agentliyi yazıb.

"Yerevanın ümumi yurisdiksiya məhkəməsi baş prokurorluğun vəsatətini təmin edərək Narek Sarqsyanın həbsinə icazə verib", - qurumda bildirilib.

Qeyd edək ki, bir neçə ay əvvəl də Çexiyanın paytaxtı Praqa şəhər məhkəməsinin Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu Naerk Sarqsyanın ölkəsinə ekstradisiyası barədə qərar qəbul etməsi haqqında məlumat yayılmışdı.

Xatırladaq ki, ötən il dekabrın 7-də "İnterpol" və Praqa polisi 31 yaşlı N.Sarqisyanı saxlayıb. Sənədləri yoxlanılan zaman onun üzərindən Franklin Qonsalesin adına saxta Qvatemala vətəndaşı pasportu aşkar edilib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
293

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
270

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
378

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
352

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
393

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
412
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 09:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru