Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2019
17:30
Yevlaxda 3 nəfərin ölümünə səbəb olan sürücü həbs edilib

Dekabrın 18-də saat 18:00 radələrində Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonu ərazisində Gəncə şəhər sakini Tural Nəbizadənin idarə etdiyi “Hyundai” markalı 06-AC-183 dövlət nömrə nişanlı avtomobilin Goranboy rayon sakini Elman Musəvinin idarə etdiyi “Mitsubishi Lancer” markalı 43-BC-806 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Baş Prokurorluqdan FaktXəbər-ə verilən məlumata görə, hadisə nəticəsində sonuncu avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər - 1975-ci il təvəllüdlü Cəlal Rüstəmov və 1967-ci il təvəllüdlü İlqar Namazovun vəfat etmələri faktına görə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilib, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin T.Nəbizadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə : Baş Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Faktiki hava açıqlanıb

06

İyun
13:39
ÖLKƏ
253

Sabahın hava proqnozu açıqlandı

06

İyun
13:19
ÖLKƏ
240

BŞBP vətəndaşlara müraciət etdi

06

İyun
12:21
ÖLKƏ
337

Atəşkəs 24 dəfə pozuldu

06

İyun
09:30
HƏRB
322

Sabah Bakıda 28 dərəcə isti olacaq

05

İyun
13:24
ÖLKƏ
353

"Azərişıq" 5 000 manat cərimələndi

05

İyun
13:00
ÖLKƏ
377
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-06-2020 04:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru