Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Dekabr

2019
15:59
Amerikalı ekspert Putin barədə “şit” zarafatına görə efirdən qovuldu - VİDEO

Amerikalı ekspert Qreq Vayner “Rossiya-1” kanalında yayımlanan “Kto protiv” verilişinin aparıcısı Dmitri Kulikovun xahişi ilə studiyanı tərk edib. Səbəb isə qonağın “şit” zarafatı olub.

Bu barədə Life.ru xəbər verib.

Veriliş iştirakçılarına Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanın “Müxalif Platforma – Həyat üçün” Partiyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçukun Sankt-Peterburq şəhərindəki  görüşü barədə kadrlar göstərilib. Vayner onların söhbət apardığı yeri “dəhliz görüşü” adlandırıb.

Verilişin aparıcısı prezidentin sıx qrafiki olduğunu xatırladaraq, onların özlərinə rahat olduğu yerdə görüşdüklərini deyib və amerikalı ekspertə “şit” zarafatları ilə özünü ağıllı göstərməməyi”  tövsiyə edib.

Vayner isə Putin və Medvedçukun görüş yerinin belə seçilməsinin Rusiyanın Ukrayna Prezidenti Vladimir Zelenskinin xətrinə dəymək istəməməsi ilə izah edib.

Bundan sonra Kulikov amerikalı eksperti studiyadan qovmaq istəyini dilə gətirib, onu təhqir edib və bildirib ki, Donbasda vəziyyətin sabitləşməsi barədə danışıqlar insanların qətlinin qarşısını alan yeganə prosesdir.

Bundan sonra Vayner studiyanı tərk edib.

Məqalədə : Putin  
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68314

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65707

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67544

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66851

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72366

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66619

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66938
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-03-2021 07:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru