
İllərdir ki, toyuq dönərinin ziyanlarından danışılsa da, zəhərlənmə faktları olsa da, nədənsə hələ də bu qidaya maraq azalmır. Əsasən universitetlərin yanında fəaliyyət göstərən dönərxanaların müştəriləri isə daha çox tələbələrdir.
Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Tələbə: "Toyuq dönəri xoşladığım üçün onu alıram”.
Ekspertlərin sözlərinə görə, istehlakçılar dönər alarkən, diqqətli olmalıdır.
İsa Əliyev – Qida Mühəndisi: "İstehlakçı isitfadə olunan toyuq dönəridirsə, toyuğun ətdirsə, ətin mənşəyi sertifikatını tələb etməlidir”.
Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər. Eyni zamanda dönərdə istifadə olunan toyuğu haradan və nə vaxt aldıqlarını göstərən sənəd də yoxdur.
Satıcı: "Hazırda satılan toyuğun istifadə tarixi ilə bağlı sənəd gəlib, amma axşam növbəsində olan işçi harasa qoyub yerini bilmirəm”.
Xatırladaq ki, bü günlərdə Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti aşkar edilib.
Əkbər Əliyev – AQTA-nın Şöbə Müdiri: "Həmin məhsulun haradan gəldiyi mənşəyinin müəyyən olunması üçün agentliyin müfəttişləri tərəfindən izlənilmə aparılır. Məhsulun harada hazırlandığı, bazara çıxarılması prossesi müəyyən edilərək müvafiq tədbirlər görülür. Reyd zamanı müəyyən olunmuşdur ki, müxtəlif broylerlərdən toplanan toyuq ətləri sümükdən ayrılır və dönərin hazırlanması üçün ictimai iaşə müəssisələrinə ötürülür”.
İsa Əliyev – Qida Mühəndisi: "Əgər istehsalçı qeydiyyatsız, sənədi olmadan gizli bir şəkildə bunları istehsal edirsə, onların ən başlıca müştəriləri dönərxanalardır. Çünki bunu ucuz qiymətə dönərxanalara sata bilirlər. Dönərxanalar da 1 manata dönər satırlar. Hansı ki üzərində ayranı da verilir”.
Qida Təhlükəsizliyi Agentliyi isə vətəndaşlara mənşəyi məlum olmayan yerlərdən dönər almamağı tövsiyyə edir. Əgər istehlakçıların hər hansı şübhələri olarsa, bu barədə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi