Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
16:10
Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin praktiki təlim məşqlərini izləyib.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, məşqlər zamanı gəminin döyüşə və səfərə hazırlanması, körpüdən aralanması və baza məntəqəsindən çıxmasının təşkili, eləcə də dar keçidlərdə, məhdud görünüş zamanı və dayaz sularda üzən zaman idarə olunması tədbirləri icra edilib. Bundan əlavə, gəmi heyətinin sükanın və girokompasın sıradan çıxması zamanı fəaliyyəti, gəminin hər hansı bir hissəsində baş verən yanğın zamanı davamlılıq uğrunda mübarizə fəaliyyəti yerinə yetirilib.

Günün planına əsasən gəminin lövbərə durması və lövbərdən çıxması, dənizə düşən adamın xilas edilməsi, gəminin körpüyə yan alması və baza məntəqəsinə girişin təşkili və digər tapşırıqlar icra olunub.

Praktiki məşqlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Məşqlər zamanı yerinə yetirilən proseslərdə qardaş ölkənin dənizçiləri də iştirak edib, təcrübələrini bölüşüblər. Qonaqlar dənizçilərimizin fəaliyyətini və bacarığını yüksək qiymətləndiriblər.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
441

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
491

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
490

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
66320

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
784

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
617
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 04:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru