Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
14:32
Xırdalanın “xırda” dərdi: Bu yol bitməyəcək...

Xırdalanda yol çəkilişi üçün vəsait ayrılandan sonra mərkəzi küçədə təmir işləri aparılmışdı. Lakin yenidən yollarda qazıntı işləri başlayıb. Bu baxımdan da nəqliyyat vasitələri və piyadaların hərəkətində növbəti dəfə məhdudiyyətlər meydana çıxıb.

Digər tərəfdən, bir neçə ay öncə yol qazılmış və qazılan ərazilərə borular basdırılmışdı. Lakin bu proses yenidən təkrarlanmağa başlayıb ki, bu da Xırdalan sakinlərində bir sıra suallara səbəb olub.

Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AYNA-ya açıqlamasında deyib ki, AAYDA Xırdalan şəhərində işlərini müvəqqəti olaraq dayandırıb: "Biz Xırdalan şəhərinin mərkəzi küçəsində yol çəkilişinə başlayandan sonra kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar öz işlərinə start verdi. Hal-hazırda da həmin ərazidə su kanalizasiya xətlərinin çəkilişləri davam edir deyə, biz orda işlərimizi müvəqqəti olaraq dayandırmışıq. Sözügedən qurumlar işlərini yekunlaşdırandan sonra biz yolun bərpasına yenidən başlayacağıq”.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə AYNA-ya verdiyi açıqlamasında bildirib ki, mərkəzi küçədə davam edən təmir işləri həftə sonuna qədər yekunlaşacaq: ""Azərsu” bu həftənin sonuna qədər Xırdalan şəhərində öz işlərini yekunlaşdıracaq. Bizim su kanalizasiya layihəmiz 2020-ci il yanvarın 1-dək başa çatmalıdır. Lakin mərkəzi Heydər Əliyev prospektində isə bu həftə ərzində işlərimizə yekun vuracağıq”.

"Hazırda sözügedən ərazidə su kanalzasiya xətlərinin sıxlığının yoxlanılması və təzyiqə davamlılığı istiqamətində bir sıra işlər görülür. Təmir işlərini tam və yüksək şəkildə həyata keçirmək istəyirik ki, AAYDA bizdən sonra yol çəkilişində problem yaşamasın və öz işlərini rahat formada həyata keçirə bilsin. Bundan başqa Xırdalanın bəzi küçələrində də bir sıra layihələrimiz olacaq. Həmin işləri də ilin sonuna qədər bitirəcəyik”, - deyə qurum sözçüsü əlavə edib.

Məqalədə : Xırdalan yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
441

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
506

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
495

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
66330

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
789

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
622
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 05:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru