Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
12:25
Nadir Nəbiyev: `Bu gün komandasını satan sabah torpağını, millətini də satar`

"Bu məsələ haqda biz də mətbuatdan xəbər tutduq. Dəqiq bir şey deyə bilmərəm. Yəqin ki, əsaslı fakt olub və belə qərar verilib". 

"Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev AFFA-nın danışılmış görüşlərdə günahlandırılan 7 oyunçularının futboldan uzaqlaşdırılmasına münasibət bildirib. Onun sözlərinə görə, rəhbərliyi hər şeydən xəbərsiz olub: "İnanın, söz tapa bilmirəm. Klub rəhbərliyi belə bir şeyin olmasından xəbərsizdir. Əgər bununla bağlı nəsə hiss etsəydim, çoxdan aşkara çıxarmışdım. Bu gün komandasını satan sabah torpağını, millətini də satar".

Nəbiyev adının danışılmış oyunlarda aşkarlandığı futbolçularla görüşmədiyini və gedənlərin yerini necə dolduracaqlarını açıqlayıb: "Heç biri ilə nə söhbətim olub, nə də görüşüm. Çünki son oyunumuzu dekabrın 9-da keçirmişik və ardınca I dövrə bitdiyindən məşqçi komandaya istirahət verib. Əgər belə bir şey həqiqətən də varsa, buna üzüldüyümüz qədər də sevinməliyik. Çünki bu virus tapılıb. Gedənlərin yerini necə dolduracağımıza gəlincə, onların komandada yeri heç yox imiş. Namərdliklə I divizionda yer tutmaqdansa, mərdliklə son pillələrdə olmaq daha yaxşıdır. Mənə bir şey maraqlıdır, əgər bu söhbətlər təsdiqini tapsa, özlərini futbolçu adlandıran bu şəxslər soyuqda, istidə, qarda və ya yağışda təmənnasız onları dəstəkləyən azarkeşlərin üzünə necə baxacaqlar? Nə İlkin Sadıqovla, nə də atası Nizami ilə danışmamışam. Onları nəyinki görmək, heç adlarını belə eşitmək istəmirəm".

Klub rəsmisi futboldan qovulan iki futbolçunun bir müddət əvvəl komandadan uzaqlaşdırıldığını da xatırlayıb: "Əslində, Misir Rüstəmov 1,5, Sənan Qocayev isə 15 gün əvvəl baş məşqçimiz İlham Yadullayevin qərarı ilə komandadan uzaqlaşdırılıb. Bu addım onların zəif və intizamsız olmaları səbəbindən atılıb. Bir sözlə, çalışdırıcı onları heyətdə görmək istəmirdi".

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi bir gün öncə növbədənkənar iclasında danışılmış oyunlarla əlaqədar 28 nəfərə futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyub. (apa)

Məqalədə : Futbol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54476

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52589

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53989

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53734

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59159

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53429

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53808
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 17:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru