Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
11:45
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib

“Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqəyə çıxarılan istənilən tezlik müxtəlif səbəblərdən dəyişdirilə bilər. Həm də belə dəyişmələr istənilən vaxt, hətta tezliyin ayrıldığı andan çox keçməmiş də baş verə bilər”.

Bu barədə Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib.

Onun sözlərinə görə, tezliklərin dəyişdirilməsinin səbəbləri kimi ayrılmış tezlikdə maneələrin (interferensiyaların) yaranması, tezliklərin bölgələr üzrə uyğunlaşdırılması, onda bir meqahers tezlikləri cüt rəqəm olan tezlikdən tək rəqəm olan tezliyə keçilməsi və s. ola bilər: “Şura tərəfindən hər il 6...10 FM yayımının işçi tezliyi və ya TV yayım kanalı dəyişdirilir. Azərbaycan Respublikasında tezliklərə Dövlət Radiotezliklər Komissiyası tərəfindən nəzarət olunur, MTRŞ ayrılmış diapazondan istifadəyə yararlı boş olan tezliklərdən birini müsabiqəyə çıxarır. FM radio yayımı bütün dünyada 88...108 MHs tezlik diapazonunda aparılır”.

İ. Məmmədov deyib ki, istənilən halda hər hansı yayımçı tezliyin sahibi sayıla bilməz: “Rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır. Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir. Yeri gəlmişkən qeyd edim ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi də yuxarıda qeyd olunan səbəblərdən biri – onda biri tək rəqəm olan tezliyə keçmək məqsədilə 102,1 MHs-ə dəyişdirilə bilər.

Məqalədə : MTRŞ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda məktəbli qızı maşın vuraraq öldürüb

18

Yanvar
14:09
HÜQUQ,HADİSƏ
441

Azərbaycan nefti ucuzlaşdı

18

Yanvar
12:23
İQTİSADİYYAT
491

Ötən günün yol qəzaları: 4 ölü, 4 yaralı

18

Yanvar
11:40
HÜQUQ,HADİSƏ
490

Ceyhun Bayramovdan yeni təyinat

18

Yanvar
11:29
ELM / TƏHSİL
66320

ABŞ etiraf etdi: Bacarmırıq

18

Yanvar
10:43
DÜNYA
784

Mikroavtobus süpürgəçini vuraraq öldürdü

18

Yanvar
09:55
HÜQUQ,HADİSƏ
617
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 04:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru