Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2019
10:40
“Xaç atası” filminin qanqster “Toni Rozato”su vəfat edib

Frensis Ford Koppolanın rejissoru olduğu “Xaç atası-2” filmində qanqster Toni Rozato rolu ilə tanınan amerikalı aktyor Deni Ayelo 86 yaşında vəfat edib. 

Life.ru-nun məlumatına görə, bu barədə “The Hollywood Reporter” aktyorun nümayəndəsi Treysi Millerə istinadla xəbər verib.

Aktyorun 4 övladı olub.

Qeyd edək ki, Daniel  Lui  Ayelo 1933-cü ildə Nyu-Yorkda anadan  olub. O, Manhettenin qərbində altı uşaqlı ailədə böyüyüb. O, əvvəlcə “Greyhound” avtobus kompaniyasında, avtovağzalda diktor, sonra nəzarətçi kimi işləyib. Bir dəfə o, təsadüfən yazıçı II Lui La Russo ilə rastlaşır. Yazıçı ondan  pyesində oynamağı xahiş edir. Daniel aktyor olmadığını desə də, La Russo “Siz hələ bunu bilmirsiz”, - deyib.

Doğurdan da 10 il keçməmiş adi fəhlənin adı kinomatoqrafiya tarixinin ən prestijli mükafatı sayılan “Oskar” üçün mübarizə aparan Denzel Vaşinqton, Marlon Brando, Den Eykrod və Martin Landau ilə bir yerdə çəkilməyə başlayır.

1990-cı ildə Ayelo “Do the Right Thing” (1989) filmində “ən yaxşı ikinci dərəcəli aktyor” adına namizəd olmuşdu. Mükafatı Vaşinqton almışdı, lakin Ayelo bundan məyus olmamışdı, çünki  adının namizəd kimi çəkilməsi onun istedadının göründüyündən xəbər verirdi.

Ayelo Jan Reno, Heri Oldman və Lyuk Bessonla birlikdə “Leon”da, Spayk Li ilə “Do the Right Thing” filmində iştirak edib, həmçinin Vudi Allen, Nikolas Keyc və Bryus Uillislə birlikdə bir sıra kinolara çəkilib.

Məqalədə : Toni Rozato 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62039

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59803

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61469

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61115

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66584

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60847

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61075
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2021 17:25





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru