Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
21:55
Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTO

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan FaktXəbərə-ə verilən məlumata görə, Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan müraciət əsasında AQTA əməkdaşları Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs İsmayılova Xalidə Müzəffər qızına məxsus çörək istehsalı müəssisəsində reyd keçiriblər.

Reyd zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə, eləcə də, temperatur və rütubət rejiminə düzgün əməl olunmadığı aşkarlanıb.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddətinin bitdiyi və onların təmizlənməsinin, dezinfeksiyasının normalara uyğun olaraq aparılmadığı, deratizasiya və dezinseksiya tədbirlərinin vaxtaşırı həyata keçirilmədiyi aşkar edilib.

Aşkarlanan pozuntulara uyğun olaraq qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Məqalədə : AQTA Mingəçevir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16908

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15567

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16957

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16545

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21955

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16450

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16580
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 08:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru