Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2019
10:06
Türkiyə XİN ABŞ Senatının qərarına etiraz etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ABŞ Senatının 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanımasına münasibət bildirib.

Türkiyə XİN layihənin qəbul edilməsini tarixin siyasiləşdirilməsini utancverici örnək kimi qiymətləndirib: “Bu, Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi səylərinin qarşısını alan təxribat xarakterli təşəbbüsdür. Qərarın hüquqi əsası yoxdur. Belə haqsız qərarlar Türkiyənin bölgədə mənfəətlərini qorumaq hədəflərinə təsir etməyəcək”.

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altın isə layihənin qəbulunu iki ölkə arasında münasibətlərə zərər verəcəyini deyib. O, özünün “Twitter” hüsabında yazıb ki, qərar Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə təhlükə yaradır: “Senatın bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduğu üçün milli təhlükəsizliyimizi güzəştə getməyəcəyik. Biz erməni qardaşlarımızdan fərqli fikirlərdə elmi və akademik yollarla ortaq məxrəcə gəlmək cəhdlərinin ABŞ Konqresi tərəfindən qarşısının alınmasına icazə verməmələrini gözləyirik”.

Məqalədə : Türkiyə XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
198

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

27

Yanvar
12:05
MÜNASİBƏT
308
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 16:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru