Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2019
18:23
Yol polisi sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib

İnternet xəbər sayıtlarında və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sözügedən faktla bağlı bildirib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb.

Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.

Məqalədə : Yol polisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4545

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3120

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2481

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2060
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 10:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru