Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2019
15:01
Bakı Dairəvi-1 yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FaktXəbər-ə verilən xəbərə görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə : Bakı Dairəvi-1 yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
197

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
230

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
651
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 20:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru