Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
19:05
Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

FaktXəbər-in məlumatına görə, bunu APA-ya açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş. Əsədli deyib ki, ümumiyyətlə, yerli seçkilərdə “Exit-poll” keçirmək geniş yayılmış praktika deyil.

Qeyd edək ki, Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə və “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, “Exit-poll” keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün MSK-ya səsvermə gününə ən azı 20 gün qalanadək, yəni dekabrın 3-dək sənədlərini təqdim etməli idi. MSK isə səsvermə gününə ən azı 10 gün qalanadək, yəni dekabrın 13-dək bələdiyyə seçkiləri ilə əlaqədar “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməli idi.

Məqalədə : Bələdiyyə seçkiləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54331

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52424

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53844

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53594

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58983

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53279

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53643
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-12-2020 19:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru