Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
14:10
`Stadionumuzun dolu olmasını istəyirəm`

“Son oyunumuzdu. Hiss olunur ki, maraq azdır”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində sabah “Düdelanj” qəbul edəcək. 

Oyunöncəsi mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:

“Oyuna ciddi hazırlaşırıq. İstəyirik, yaxşı hazırlaşaq və turniri qələbə ilə başa vuraq”.

- Komandanı oyuna hazırlamaq çətindi?

- Mən azarkeşləri nəzərdə tuturdum. Komandanı hazırlamaq hər zaman çətindi. Tanıdığımız rəqibdi. Azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Marağın az olmasının sizə nə dərəcədə təsiri olub?

- Bilirik ki, hər oyun ciddidi. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.

- İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?

- Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdı. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.

- Lüksemburqdakı qələbə sizin üçün üstünlükdümü?

- Üstünlük öz meydanımızda oynamağımızdı. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
262

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
283

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
735
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 05:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru