Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2019
13:16
`EuroHome`dakı sahibkarlara kompensasiya veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkmiş sahibkarlarla görüşüb.

RİH başçısı deyib ki, hadisə ilə bağlı araşdırma aparılacaq, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarlar, icarədarlar bir-bir RİH-ə dəvət olunacaq: “Kompensasiya ödənilməsi məsələsinə baxılacaq”. 

Qeyd edək ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğınsöndürənlərin şücaəti ilə yanğından mühafizə olunub və yanğın söndürülüb.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Məqalədə : "EuroHome" sahibkar kompensasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54853

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52934

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54350

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54094

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59499

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53793

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54125
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 09:46





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru