Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2019
10:35
DSX hava limanında 2 elektron qapı quraşdırıb

Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-cı il tarixli sərəncamına əsasən dövlət sərhədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, bu məqsədlə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

Bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış məntəqələrində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qabaqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbycan vətəndaşları istifadə edə biləcəklər.

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşağıdakı ardıcıllıqla keçə biləcəklər:

- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qapının skan yerinə daxil edir.

- sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş biometrik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.

- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkarlandıqda sistem siqnal verir.

206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qapılar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin daha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

Məqalədə : DSX hava limanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15442

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14092

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15526

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15119

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20477

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15024

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15144
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 09:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru