Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
16:59
Azərbaycanda `Vertolyotların əsaslı təmiri və servisi mərkəzi`nin təməli qoyulub

Bu gün "Zabrat" aeroportu ərazisində "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin təməlqoyma mərasimi keçirilib.

Yeni "Vertolyotların əsaslı təmiri və servisi mərkəzi" mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan və Rusiya Federasiyasının dövlətlərarası hökumət komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə "Rusiya Vertolyotları" ASC ilə birlikdə həyata keçiriləcək.

Müvafiq saziş "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidenti Cahangir Əsgərov və "Rusiya Vertolyotları" ASC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

REKLAM

www.toyota.az

Daha ətraflı

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.

Tikinti üçün ayrılan ərazi ilə tanışlıqdan sonra rəsmi təməlqoyma mərasimi keçirilib, tədbirin iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.

"Vertolyotların əsaslı təmiri və servisi mərkəzi"nin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etmək ilə yanaşı gələcək Servis Mərkəzində təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı vertolyotun təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.

Məqalədə : Vertolyot Zabrat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün 40 cinayətkar saxlanılıb

23

Yanvar
13:25
HÜQUQ,HADİSƏ
152

Sarkisyanın İsraildən gülünc istəyi

23

Yanvar
13:10
DÜNYA
819

DYP sürücülərə müraciət edib

23

Yanvar
12:40
NƏQLİYYAT
211

Avropa kömürdən imtina edir

23

Yanvar
11:09
DÜNYA
245
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2020 14:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru