Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
17:03
Ərdoğandan Makrona: Alma məzlumun ahını...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sosial İşlər Nazirləri Zirvəsinin açılışında etdiyi çıxışında Fransa prezidenti Emmanuel Makronun İslamı terrorla eynilişdirilməsinə etiraz edərək açıqlama verib.

"Təəssüf ki, bu gün dünyanın 1/4 hissəsini təşkil edən müsəlmanlar gücləri ilə siyasi, iqtisadi və sosial inkişafa sahib deyillər. Dünyanın bugünkü inkişaf səviyyəsinin təməli islam coğrafiasında atlsa da, müsəlmanların bu gün çəkdikləri acıların səbəbini yaxşı düşünməli, analiz etməli və çıxış yolları tapmalıyıq. Əks təqdirdə, sadəcə şikayətlənməklə bir yerə gedib çıxa bilmərik. Harada çatışmazlığımız varsa, sürətli şəkildə 1 milyard 700 milyon müsəlman olaraq nəticəyə çatacaq həll yolları ortaya qoymalıyıq", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti daha sonra məscidlərin hücuma məruz qaldığını, msəlmanların öldürüldüyünü deyib: 

"Məscidlərimizə hücum edirlərmi? Edirlər. Müsəlmanları gördükləri yerdə öldürürlərmi? Öldürürlər. Biz bunlara nə zamana kimi səssiz qalmalıyıq. əgər bunlara biz səs çıxarmasaq, əlimizlə müdaxilə etməsək, dilimizlə müdaxilə etməsək, o zaman qəlbimizdən etiraz etmək borcumuz yoxdurmu? Bütün bunlara etmədiyimiz müddətdə biz daha çox döyüləcəyik.

Hər biri layihə məhsulu olan və dinimizin adını istimar edən terror təşkilatları da bu zülmlərin bəhanəsi kimi istifadə edilir. Sonuncu NATO toplantısında Fransa prezidenti Emmanuel Makron İslami terrordan bəhs edir. Özünə bir neçə dəfə dedim: İslam sözü məna "slim" sözündədir və mənası sülh deməkdir. Siz "İslami terror" ifadəsi ilə sülh və terroru bir yerə necə gətirirsiniz? Susur. Son NATO toplantısında yenə eyni şeyi söyləyir. Nə baş verir? Parisdə sarı gödəkçəlilər çıxıb küçələrə. Buyurun, həll edin, dayandırın. Niyə dayandıra bilmirsən? Niyə onları sülh şəraitində həll edə bilmirsən? Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Bunu da belə bil."

Məqalədə : Rəcəb Tayyib Ərdoğan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
534

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
368

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
338

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
320

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
312

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
403
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 15:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru