Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2019
12:27
Sahil Babayev: `Nazirlik bu il 81 min nəfəri işlə təmin edib`

"Yaradıcı sənayenin gələcəyi çox böyük və genişdir. Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşələr bu günədək sıradan çıxıb, gələcək dövrlərdə də sıradan çıxacaq. Odur ki, əmək resursları üçün yeni sahələr yaradılmalıdır".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər: "Belə sahələrdə məşğulluğa daha böyük ehtiyac duyulacaq. Yaradıcı sahələr də burada öncül yerdədir. Yaradıcı sahələrin daha bir özəlliyi burada xüsusi resurslara çox məhdud ehtiyacın olmasıdır. Çünki bu sahədı nə torpağa, nə yanacağa, nə də digər xüsusi resurslara ehtiyac var. Burada sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyac var".

Nazir qeyd edib ki, digər tərəfdən yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Ona görə də burada imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir. Bu gün Azərbaycanda çox yüksək məşğulluq səviyyəsinə nail olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkədə işsizlik 4,4 %-dir. Təkcə bu il Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 81 min şəxs münasib işlə təmin olunub. 9009 nəfər özünüməşğulluq proqramlarına cəlb edilib. Bu ilin 11 ayında ümumilikdə 90 min işsizə və işaxtarana iş imkanları yaradılıb. Lakin qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük siqmenti də məhz yaradıcı sənayedir. Hesab edirəm ki, bu sahədə təhsil müəssisələrimiz, peşə tədrisi mərkəzləri və aidiyyəti dövlət qurumları əlaqələndirilmiş işlə gələcək planlarını ciddi şəkildə qurmalıdırlar və qurulacaqdır".

S.Babayev vurğulayıb ki, cari ildə əmək müqavilələrinin sayı 150 mindən artıq artıb: "Bunun da 2/3-si özəl sektorun payına düşür. İnsanları maksimum maarifləndirməliyik ki, əmək münasibətlərinə girsinlər. Çünki qeyri-formal münasibətlər olanda, yaxud fərdi sahibkar kimi fəaliyyət göstərəndə onlar əmək və sosial hüquqlarını itirirlər və ya məhdudlaşdırırlar. Bu gün Azərbaycanda yaradıcı sənayenin böyük əksəriyyəti məhz fərdi sahibkar kimi və qeyri-formal bazarda fəaliyyət göstərirsə, onların statistik təhlil baxımından yaratdığı boşluq meydana çıxır, eləcə də gələcək və cari hüquqlarının qorunması baxımından çətinlik yaranır. Bu gün yaradıcı sənaye əlilliyi olan şəxslərə özlərini ifadə etmək, bizneslərini qurmaq, gəlir imkanlarını artırmaq üçün geniş potensial yaradır".

Məqalədə : Sahil Babayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Barbos” bu dəfə silahla saxlanılıb

22

Yanvar
10:50
HÜQUQ,HADİSƏ
136

Bakıda lift quraşdıran qəza nəticəsində ölüb

22

Yanvar
10:43
HÜQUQ,HADİSƏ
151

Qarabağada erməni əsgəri ölüb

22

Yanvar
09:46
HƏRB
286

Ağac kəsən şirkət cərimələnib

22

Yanvar
09:38
ÖLKƏ
230

Xarici valyutaların manata qarşı məzənnələri

22

Yanvar
09:19
İQTİSADİYYAT
236

Axtarışda olan 34 nəfər saxlanılıb

22

Yanvar
09:17
HÜQUQ,HADİSƏ
287

Müəllimlərin işə qəbulunda yenilik - VİDEO

21

Yanvar
18:05
ELM / TƏHSİL
2336

Məktəblərdə qış tətilinin vaxtı açıqlanıb

21

Yanvar
17:43
ELM / TƏHSİL
2279

Kriminal avtoritet “Osman Gəncinski” saxlanılıb

21

Yanvar
17:30
HÜQUQ,HADİSƏ
384
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2020 11:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru