
O həzrətin adı Fatimə, məşhur ləqəbi isə "Məsumə"dir. Atası yeddinci İmamı Musa ibn Cəfər (İmam Kazim) əleyhissalam, anası isə səkkizinci İmam Həzrət Rzanın (ə) anası Nəcmə Xatundur. Beləliklə də həzrət Məsumə (s.ə) və imam Rza (ə) bir ata-anadan dünyaya gələn bacı və qardaşdır. O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqədə ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açıb. Uşaqlıq dövründə Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşib və ondan sonra qardaşı həzrət İmam Rza (ə) onu öz himayəsi altına alaraq saxlayıb. Hicri-qəməri tarixi ilə 200-cü ildə Məmun Abbasinin təkid və hədə-qorxularından sonra İmam Rza (ə) sürgünə bənzəyən Mərv səfərinə çıxır və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana gedir. Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rzanı (ə) görmək istəyən həzrət Məsumə (s.ə) qardaşları və qohumları ilə Xorasana tərəf yola düşür.
Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərir. Həzrət Məsumə (s.ə) də böyük bibisi Həzrət Zeynəb (s.ə) kimi qardaşı İmam Rzanın (ə) məzlumiyyəti və qürbətini mömin və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi. Karvan Savə şəhərinə çatdıqda, hökumət məmurlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başlayır. Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olur, bir rəvayətə əsasən Həzrət Məsumə (s.ə) isə zəhərlənir. Hər halda, o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnir, Xorasana gedə bilmir, Qum şəhərinə tərəf yola düşür.
O həzrət soruşur: "Bu Savə şəhərindən Qum şəhərinədək nə qədər yol vardır?"
Yolun miqdarını o həzrətə dedikdə, buyurur: "Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, Qum şəhəri bizim şiələrimimzin mərkəzidir".
Həzrət Məsumə (ə) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən rəbiul-əvvəl ayının 23-də Qum şəhərinə daxil olur.
Daha sonra "Mir meydanı" adlanan bir yerdə ("Əşəri" qəbiləsinin ağsaqqalı Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı olur.
O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşayır və bu müddətdə ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yer bu günədək "Beytun-nur" adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.
Beləliklə də rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h.q.) həzrət öz qardaşı İmam Rzanı (ə) görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişir.
Qum əhalisi o həzrəti bugünkü hərəmin yerində olan o zamankı "Babilan bağı"nda dəfn edirlər.
Həzrət Məsumənin (s.ə) dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş örtük düzəldir.
Hicri-qəməri tarixi ilə 256-cı ildə isə İmam Cavadın (ə) qızı Zeynəb (s.ə) o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirir.
Beləliklə də Həzrət Məsumənin (s.ə) müqəddəs qəbri Əhli-beyt ardıcıllarının ziyarətgahına çevrilir.
İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin (s) bir hərəmi vardır və o Mədinədir. Əmirəl-Mömininin (ə) bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra İmam buyurur: "Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar".

İsraildə müəsir raket istehsalı zavodunda güclü partlayış - VİDEO
21
Aprel
Bu il Ceyhan limanından 63 milyon bareldən çox BTC nefti yola salınıb
21
Aprel
Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
21
Aprel- 21-04-2021 20:28 Ramazan ayının 9-cu gününün duası - AUDİO
- 21-04-2021 12:00 Ramazan ayının bəzəyi: HİL
- 20-04-2021 20:30 Ramazan ayının 8-ci gününün duası - AUDİO
- 19-04-2021 20:00 Ramazan ayının 7-ci gününün duası - AUDİO
- 16-04-2021 20:00 Ramazan ayının 4-cü gününün duası - AUDİO
- 16-04-2021 11:20 Ramazan ayı özünü qaydaya salmaq ayıdır
- 15-04-2021 20:00 Ramazan ayının 3-cü gününün duası - AUDİO
- 15-04-2021 11:59 Ramazan orucu nə zamandan tutulur?
- 14-04-2021 20:00 Ramazan ayının 2-ci gününün duası - AUDİO
- 14-04-2021 11:53 Ramazan ayında and içmək orucu batil edirmi?
- 13-04-2021 20:00 Ramazan ayının 1-ci gününün duası - AUDİO
- 13-04-2021 18:00 Ramazan ayının 4 adı
- 13-04-2021 15:10 RAMAZAN yağışında islana biləcəyikmi?
- 12-04-2021 12:46 Ramazan ayının təqvimi açıqlanıb
- 06-04-2021 12:05 Ümrə ziyarəti ilə bağlı şərtlər açıqlandı
- 29-03-2021 14:02 Ramazan ayı ilə bağlı fətva veriləcək
- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib