Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
12:28
Prokuror Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada terror təşkilatına qoşulmaqda təqsirləndirilən Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror hər iki təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses növbəti həftə davam etdiriləcək. 

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər. Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

Onlar Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunurlar.(Report)

Məqalədə : Prokuror Suriya cəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
578

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
419

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
366

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
333

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
327

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
425
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 00:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru