Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2019
12:15
Mikayıl Cabbarov erməni nazirin müavininə cavab verib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.

Azərbaycanlı nazir Ermənistan tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

“TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destruktiv deyil.(Report)

Nəticələr ilk növbədə qonşu ölkədə görülür. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb.

Sizin paytaxtınızda isə, - fasizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin”. 

Məqalədə : Mikayıl Cabbarov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
579

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
419

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
367

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
333

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
327

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
425
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 01:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru