Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
13:13
Azərbaycan həkimləri tibb ədəbiyyatında rast gəlinməyən unikal əməliyyat keçiriblər - VİDEO

Beş yaşlı uşaqda anadangəlmə metabolizm pozğunluğu olub.

Bu, uşağın bəzi daxili orqanlarının iş ritmini pozub, ürək-damar xəstəliyinin inkişafına səbəb olub. Bu cür xəstəliyi olanlar 12 ildən çox yaşaya bilmir. Lakin bu dəfə uşağın əmisi onun üçün donor olub və cərrahlar qaraciyər transplantasiyası etməyə hazırlaşarkən başqa bir böyük problemlə rastlaşıblar.

Əməliyyatdan əvvəlki yoxlanış zamanı məlum olub ki, uşağın ürəyini qidalandıran damarlar 90 faiz daralıb. Bu nəticə xəstənin hər an ölə biləcəyi demək idi. Buna görə də xəstədə təcili olaraq başqa bir mürəkkəb əməliyyata - açıq ürək əməliyyatına ehtiyac yaranıb.

Əməliyyatı həyata keçirən Gömrük Xəstəxanasının transplantoloqu Mircəlal Kazımi bildirib ki, sonda açıq ürək əməliyyatı və qaraciyər köçürülməsi əməliyyatlarını uğurla həyata keçiriblər.

Uşaqlar üzərində aparılan bu cür əməliyyat dünyanın heç bir ölkəsində tibbi ədəbiyyat materiallarında təsvir olunmur.(Oxu.az)

Məqalədə : həkim əməliyyat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rayonda 135 küçə asfaltlanıb

29

Yanvar
10:42
NƏQLİYYAT
233

Ötən gün yol qəzalarında dörd nəfər ölüb

29

Yanvar
09:45
HÜQUQ,HADİSƏ
299

Atəşkəs 22 dəfə pozulub

29

Yanvar
09:37
HƏRB
229

Xarici valyutaların manata qarşı məzənnələri

29

Yanvar
09:10
İQTİSADİYYAT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-01-2020 12:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru