Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2019
13:05
`İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq`

“Azərbaycan İlahiyyat İnstitutunda təhsil heç vaxt ödənişli olmayacaq”.

Bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, hazırda İlahiyyat İnstitutunda həm Azərbaycan, həm də Gürcüstandan tələbələr oxuyurlar:

“İlahiyyat İnstitutunda təhsil ödənişsiz həyata keçirilir, bu, institutun Nizamnaməsində də əksini tapıb. Bu İnstitut din sahəsində mütəxəssislər hazırlayır,  bu İnstitutda heç vaxt ödənişli təhsil sistemi tətbiq edilməyəcək. Bunun da əhəmiyyəti odur ki, din sahəsində kadrlar dövlət hesabına hazırlanır, dövlətin himayəsi altındadır. İlahiyyat İnstitutunda oxuyan tələbələrin təqaüdü, geyimi, maddi təminatları ilə bağlı müxtəlif güzəştlər nəzərdə tutulub və həyata keçirilir. İnstitut kollektivi ötən dövrdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün böyük işlər görüb. Həm İlahiyyat İnstitutunun kadrlarının hazırlığı, həm də İslami dəyərlərimizin təbliği  sahəsində böyük işlər həyata keçirilib. Prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu üçün ayrıca dördmərtəbəli yeni tikilmiş bina ayrılıb, orada təmir işləri həyata keçirilir. Hazırda İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin zamanında yerləşdiyi binada fəaliyyət göstərir, gələn ilin sentyabrdan yeni binaya köçəcək”.

Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutu ilə Türkiyə, Şimali Qafqaz, digər müsəlman ölkələri və Orta Asiyanın ali məktəbləri ilə müqavilələr imzalanıb, gələn ildən tələbə mübadiləsi həyata keçiriləcək:

“Biz həm İslami, həm mənəvi dəyərlərimizin qorunması istiqamətində mütəxəssis hazırlığımızı davam etdirəcəyik. İnstitutda gələcəkdə xristianlıq və yəhudiliklə bağlı dini kadrların hazırlığı üçün kurslar, tədris proqramlarına uyğun mütəxəssis hazırlığının həyata keçirilməsi nəzərdə tutulub".(APA)

Məqalədə : İlahiyyat İnstitutu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60562

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58311

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60031

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59642

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65217

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59416

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59638
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-01-2021 19:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru