
İmam Hadi (ə) buyurur: «Məndən sonra imam, doğrudan da, mənim övladım Həsən (ə), ondan sonra isə onun övladı Qaimdir. Qaim yer üzünü zülm bürüdükdən sonra onu ədalətlə doldurasıdır».
Ləqəbləri: Əsgəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.
Künyəsi: Əbu Muhəmməd.
Atası: İmam Hadi (əleyhissalam).
Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.
Doğulduğu gün: 8 Rəbiüs-sani.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 232-ci hicri ili.
Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü.
Şəhid olduğu il: 260-cı hicri ili.
Ömrü: 28 il.
Şəhadət səbəbi: Əbbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam)
Bu gün, hicri qəməri tarixi ilə Rəbiyüs-sani ayının 8-də (bu il 5 dekabr) müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) mövlud günüdür.
İmam Həsən Əsgərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əsgəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən zəhərlənərək şəhid edilib.
O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. Mübarək məzarı İraqın Samirra şəhərindədir.
İmam Həsən Əsgəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:
1) Əl-Mötəzz Billah (252–255 h.q)
2) Əl-Mühtədi Billah (255–256 h.q)
3) Əl-Mötəmid (256–279 h.q).
İmam Həsən Əsgəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (ə) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması imam Həsən Əsgərinin əsas fəaliyyətlərindən olmuşdur.
İmam çətinliklə də olsa,İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.
Tarixi qaynaqlara əsasən, İmam Həsən Əsgəri (ə) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir.İmamın fəliyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsi hətta bəzən özləri şikayətlənmədən İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq şiələrin maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı.
İmam Həsən Əsgərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir.
İmamdan hədislər:
1."Adamın belini qıran fəlakət odur ki, yaxşı iş görəndə gizlədən, pis hərəkət görəndə car şəkib yayan qonşusu olsun”.
2.“İnsanların ən pərhizkarı (təqvalısı) odur ki, şübhə anında durmağı bacarsın (yəni şübhəli işlərdən uzaq dursun). İnsanların ən ibadətkarı fəraizi (vacib ibadətləri) yerinə yetirən şəxsdir (yəni vacibata tam əməl etməyincə müstəhəbbata keçməyəndir). İnsanların ən zahidi haramlardan kənar duran adamdır. İnsanların ən çalışqanı isə günahları tərk edəndir”.
3.“Yaxşıların yaxşıları sevməsi yaxşılar üçün savabdır. Pislərin yaxşıları sevməsi yaxşılar üçün üstünlükdür. Pislərin yaxşılara ədavəti yaxşılar üçün bəzəkdir. Yaxşıların pislərə ədavəti pislər üçün rüsvayçılıqdır”.
4.“Hər bir izzətli adam haqqa arxa çevirsə, zəlil olar. Hər bir zəlil adam haqqa üz çevirsə, izzət qazanar”.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 06-04-2021 12:05 Ümrə ziyarəti ilə bağlı şərtlər açıqlandı
- 29-03-2021 14:02 Ramazan ayı ilə bağlı fətva veriləcək
- 24-06-2020 12:55 Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib
- 23-06-2020 09:09 Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək
- 01-06-2020 15:44 Məhərrəm ayının başlanacağı tarix məlum oldu
- 28-05-2020 11:08 Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
- 27-05-2020 14:47 Məhərrəm ayının başlayacağı tarix açıqlandı
- 21-05-2020 14:10 QMİ bayram namazının vaxtını açıqladı - RƏSMİ
- 21-05-2020 14:05 Şeyxdən Ramazan təbriki
- 16-05-2020 16:26 Ramazanda fitrə zəkatı necə çıxarılmalıdır?
- 08-03-2020 12:03 Azərbaycan İslam Partiyası xalqımızı təbrik edib
- 06-03-2020 11:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artıb
- 15-02-2020 18:31 Həzrət Zəhranın (s.ə) mövludu ilə əlaqədar Bakıda gül paylanılıb - FOTO
- 15-02-2020 10:28 Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlududur
- 14-02-2020 16:23 Həzrəti Zəhranın (s.ə) mövluduna həsr edilmiş tədbir keçirilib - FOTO-VİDEO
- 13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
- 29-01-2020 12:02 Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə
- 27-01-2020 10:54 AİP Qadınlar Şurası Xanım Fatimənin (s.ə) şəhadətini qeyd edib
- 16-01-2020 12:12 QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
- 15-01-2020 13:23 QMİ nümayəndələri Həcc ziyarəti ilə bağlı Məkkəyə gedib
- 09-01-2020 10:22 Əyyami-Fatimə (s.ə) - özünəqayıdış üçün vücudi fürsət
- 27-12-2019 10:42 Amerikalı alimlər: Oruc tutmaq ömrü uzadır, xəstəlikləri azaldır
- 25-12-2019 17:42 Gürcüstan müsəlmanlarının yeni müftisi seçilib
- 07-12-2019 11:05 Həzrət Məsumənin (s.ə) vəfat günüdür
- 05-12-2019 09:26 İmam Həsən Əsgərinin (ə) mövlud günüdür