Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2019
08:39
Milli Məclisin binası necə tikilib? - VİDEO

Xəzərə açılan mənzərə və dünya memarları tərəfindən tanınması: Azərbaycanın parlament binasını mütəxəssislər ölkənin ən uğurlu inzibati binalarından biri hesab edir. “MİR 24” telekanalının əməkdaşı onun tikintisi ilə bağlı süjet hazırlayıb.

Azərbaycanın parlament binası şəhərin ən yüksək nöqtəsində yerləşir. Beşmərtəbəli bina 1970-ci illərdə tikilib. Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Sovetinin 25 deputatı üçün hazırlamışdı. Vaxt keçdikcə xalq deputatlarının sayı artmağa başlayıb və memarlıq ansamblında dəyişikliklər etmək tələb olunub.

“Tahir Abdullayev mənim müəllimim olub. Yeni binanın inşası zamanı mən fikir verirdim ki, ümumi kompozisiya pozulmasın. Yeni korpus ayrı qalmamalı, əksinə mövcud olanı tamamlamalı idi”, - “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, memar Müsədin Namazov "MİR24"ə danışıb.

Namazov parlament binasının yenidənqurma və tikintisində iki dəfə iştirak edib. Sonuncu dəyişiklilər 11 il əvvəl edilib. İndi orada 125 deputat üçün əyləşməyə yer var.

Parlamentarilərin bir binadan digərinə rahat keçməsi üçün şüşə tavanı olan 12 metrlik körpü salınıb. Ora yumşaq mebel və nadir bitkilərlə bəzədilib. Qış bağı – parlamentarilərin ağır iş günündən sonra sevimli istirahət yeridir.

Məqalədə : parlament 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7936

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6719

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8349

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8214

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
12062

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7963
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 16:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru