Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2019
18:24
AQTA “Araz Supermarket”in ölkəyə gətirdiyi 500 kq məhsulu məhv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan FaktXəbər-ə bildirilib ki, Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı “Araz Supermarket” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi naringi məhsuluna baxış keçirilib.

Məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq protokoluna əsasən, məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Pseudococcus gahani Green (sitrus unlu yastıcası) aşkar olunub.

Azərbaycanda aşkarlanmayan, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə idxal olunması və yayılmasının qarşısının alınması məqsədilə zərərli orqanizmlərlə sirayətlənmiş məhsulun məhv edilməsi barədə qərar verilib.

Zərərvericilərlə sirayətlənmiş 500 kq naringi “Araz Supermarket” MMC-nin və Agentliyin əməkdaşlarının iştirakı ilə Sumqayıt şəhər tullantıları poliqonunda məhv edilib.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
307

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
289

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
245

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
337
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 05:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru