Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2019
11:39
FHN və Baş Prokurorluq Suraxanıdakı yanğınla bağlı məlumat yayıb

Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Noyabrın 29-da saat 19 radələrində paytaxtın Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Aşurbəyovlar küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının 25-ci mənzilində yanğın baş verməsi nəticəsində 2014-cü il təvəllüdlü Ruqayyə Əlizadə və 2016-cı il təvəllüdlü İsmayıl Əlizadənin tüstüdən boğularaq vəfat etmələri faktı ilə bağlı məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası təcili olaraq hadisə yerinə cəlb edilməklə yanğının qarşısı alınıb, onun genişlənməsinə və binanın digər mənzillərinə keçməsinə imkan verilməyib.

Hadisə yerinə polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın və texnoloji partlayışların tədqiqi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla müəyyən edilib ki, həmin evdə 2 ildən artıq müddətdə həyat yoldaşı ilə kirayədə yaşayan 1993-cü ildə Bərdə rayonunda anadan olmuş Könül Əliyeva övladları - Ruqayyə və Anar Əlizadəni mənzildə tək qoyaraq qapını çöldən bağlayıb saat 18 radələrində mağazaya getmiş və evə qayıdaraq qapını açarkən qatı tüstü olduğunu görüb. Azyaşlılar qonşuların köməyi ilə çıxarıldıqdan sonra yanğın baş verib və dərhal xəstəxanaya aparılmalarına baxmayaraq hər ikisi dünyasını dəyişib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə : FHN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18955

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17572

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18922

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18503

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24041

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18476

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18640
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 00:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru