Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
10:59
Son iki həftədə Bavariyadan 300 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib

Son iki həftə ərzində Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

Sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.

Gecə saatlarında Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları deportasiya üçün onları Münhen hava limanına aparıblar.

Deportasiya olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdir.

Onların arasında könüllü sığınacaq istəyini geri götürüb Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da yaxın günlərdə Avropada qanunsuz yaşayan daha 1385 nəfərin readmissiya ilə Azərbaycana qaytarılacağının anonsunu vermişdi.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
234

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 17:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru