Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
12:35
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib

Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib

Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. 

FaktXəbər-in verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasın (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Bakının əksər yerlərində yas mərasimi ilə bağlı məsələlər öz həllini tapıb: “Hazırda Azərbaycanda yas mərasimləri ilə bağlı müzakirələr davam etdirilir. Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün birinci forma qanunla sərt şəkildə, digəri isə təbliğat yolu ilədir”.

Onun sözlərinə görə, hələlik bu məsələdə təbliğat yoluna üstünlük veririlir: “Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli Qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır”.

S.Novruzov qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb: “Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin".

Məqalədə : Siyavuş Novruzov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
360

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
380

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
417

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
367

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
608

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
410

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
475
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 23:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru