Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
10:19
İnam Kərimov: `Tütünçülükdə əkin sahələri 6000 hektara çatdırılacaq`

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara çatdırılması hədəf olaraq müəyyənləşdirilib". 

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov “Tütünçülükdə qarşıda duran vəzifələr” mövzusunda keçirilən iclasda bildirib.

"Bu hədəfə çatmaq üçün ölkəmizdə bütün şərait və imkanlar mövcuddur. Bunun üçün əsas təşviq alətlərindən birini dövlət tərəfindən verilən subsidiyalar təşkil edir. Yeni subsidiya qaydalarına görə tütünçülüyə daha çox diqqət ayrılacaq”, - nazir qeyd edib.

 Kənd Təsərrüfatı naziri  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir”.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu deyən nazir bu sahənin inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib: “Prezident İlham Əliyev kənd təsərrüfatının digər sahələrində olduğu kimi tütünçülükdə də torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı artırmaqla bağlı çox mühüm tapşırıq verib".

Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. Nazir İnam Kərimov fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğunu diqqətə çatdırıb. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra iclasda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanov, Azərbaycan Sənaye Korporasiyasının Aqrar-sənaye sahələri departamentinin direktoru İlham Bayramov, Tütün İstehsalçıları Şurasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin nümayəndələri, tütünçülüklə məşğul olan fermerlər çıxış edərək ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

İclasda Tütün İstehsalçıları Şurasının tütünçülüklə bağlı 2020-ci il üçün tədbirlər planı müzakirə edilib, tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Məqalədə : İnam Kərimov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46811

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45010

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46580

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46200

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51711

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45866

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46413
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 15:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru