Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
15:43
İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi

2020-ci ildə ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiq olunması gözlənilsə də, məlum olub ki, sistem ölkə ərazisində mərhələli şəkildə tətbiq ediləcək. Ötən həftənin altıncı günü Milli Məclisin Səhiyyə Komitəsinin iclasında bu barədə İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib. O təklif edib ki, İcbari tibbi sığorta yanvarın 1-dən etibarən Azərbaycanın şimal bölgəsində başlansın:

“Şimal bölgəsinə 20 rayon daxildir. Bundan 3 ay sonra, yəni aprelin 1-dən etibarən bu prosesə ölkənin qərb bölgəsindəki rayonlar qoşulacaq, söhbət daha 17 rayondan gedir. 3-cü rübdən etibarən bu prosesə cənub bölgəsindəki 14 rayon qoşulacaq. 4-cü rübdən isə bu prosesə Bakı və Sumqayıt rayonları da qoşulacaq. Nəticədə 2020-ci ilin sonunadək bütün ölkə əhalisi tibbi sığortadan yararlana biləcək" .

Agentlik sədrinin  vaxtın dəyişməsi ilə bağlı verdiyi bu açıqlama sosial şəbəkələrdə  müəyyən suallar yaradıb və müzakirə edilib. Bildirilib ki, uzun zamandır tibbi sığortanın bütün ölkədə yanvarın 1-dən tətbiq ediləciyi gözlənilirdi. 

Məsələ ilə bağlı Parlamentin Səhiyyə Komitəsinin üzvü, deputat Musa Quliyev “Qafqazinfo”ya açıqlama verib.

O qeyd edib ki, 1 il ərzində icbari tibbi sığorta mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunacaq:

“Mərhələli əslində şərti sözdür, il ərzində sığorta tətbiq olunacaq. Bunun tətbiqi üçün ölkə dörd bölgəyə bölünüb.

Nə üçün belə edilməsinin səbəbləri var. Səbəblərin birincisi kadr məsələləri ilə bağlıdır. İnformasiya təminatının qurulması və büdcədən maliyyənin ayrılması da bu səbəblərə daxildir.  Bütün ölkələr bu sistemə belə keçiblər. Hamının birdən-birə keçməsi  problemlər yarada bilər. Ancaq 1 il ərzində bütün ölkə ərazisi İcbari Tibbi Sığorta ilə təmin olunacaq.   

Mərhələli şəkildə keçənlər də yanvarın 1-dən xidmət ala biləcəklər. Amma dövlət büdcəsindən alacaqlar.  Heç kim xidmətdən kənarda qalmayacaq və cibindən pul ödəməyəcək. Tətbiq məsələsi region-region həyata keçiriləcək”.

Deputat həmçinin vurğulayıb ki, İcbari Tibbi Sığorta sistemində daha baza və əlavə xidmətlər zərfi adlanan hissə olmayacaq:

“Sistemdə tam xidmətlər zərfi olacaq. Dövlət büdcəsindən çalışan təşkilatlar əməkhaqqının 2 faizini, qalan 2 faizini işəgötürən,  qeyri-dövlət və neft sektorunda çalışanlar 1 il ərzində 1 faiz, 2-ci il isə 2 faiz sığorta haqqı ödəyəcəklər. İşləməyən, öz işi ilə məşğul olan fiziki şəxslər, vergi uçotunda olmayan şəxslər, kənd yerində  yaşayan şəxslərin sığorta haqqı dövlət büdcəsindən ödəniləcək”

Dərmanların ambulatorda pulsuz olmasına gəlincə isə deputat vurğulayıb ki, ilk olaraq stasionarda dərman təminatı pulsuz olacaq:

“Ambulator şəraitdə dərmanların pulsuz təminatı hələ ki, olmayacaq. Bunun üçün müəyyən qədər İcbari Tibbi Sığorta Fonduna pul yığılmalıdr. Hələ biz ödəmələri etməmişik”.

Onun sözlərinə görə, xidmətlər zərfində 2000-ə yaxın xidmət var:

“Mən hesab edirəm ki, bu, başlanğıc üçün yaxşıdır. Bura açıq ürək əməliyyatları, stend qoyma, böyük həcmli cərrahi əməliyyatlar daxil edilib. Növbəlilik qaydasında orqan transplantisayı da  bura daxil ediləcək”.

Məqalədə : İcbari Tibbi Sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47532

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45685

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47308

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46910

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52451

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46572

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46982
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 19:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru