Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Noyabr

2019
14:45
Deputat: `Uşaqpulu verilməlidir`

“Azərbaycanda pensiya yaşı həddindən artıq yüksəkdir. Burada ümumi məxrəcə gəlməyə ehtiyac var”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

O bildirib ki, yaşlı insanların sosial yükünü dövlət öz üzərinə götürməyi bacarmalıdır: “Hesab edirəm ki, pensiya yaşı ilə əlaqədar müəyyən ümumi məxrəcə gəlmək lazımdır”.

Deputat qeyd edib ki, “uşaqpulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaqpulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaqpulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaqpulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. "Uşaqpulu" verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaqpulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir”.(APA)

Məqalədə : Vahid Əhmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Almaniyada atışma baş verib

24

Yanvar
17:58
DÜNYA
238

Polisdən saxta məlumat yayanlara XƏBƏRDARLIQ

24

Yanvar
17:14
HÜQUQ,HADİSƏ
266

Azərbaycan Texniki Universitetində yeni təyinat

24

Yanvar
16:18
ELM / TƏHSİL
719
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 23:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru