Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2019
12:08
Qadınlar tərəfindən döyülən kişilərin sayı açıqlanıb

“Son 14 ildə qadınlar tərəfindən döyülən kişilərlə bağlı 2 dəfə bizə müraciət olunub”.

Bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, 85 yaşlı kişi şikayət edib: “Arvadın isə 82 yaşı vardı. Bizim psixoloqlar, mən söhbət etdik. Nəvə, nəticələri də vardı. Məlum oldu ki kişidə alzheimer, yaddaş xəstəliyi yaranıb, döyülmə halı olmayıb”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həbsxanada bir gözəl qadın görüb: “Mənə dedilər ki, həyat yoldaşının başını kəsib. Məlum oldu ki, həyat yoldaşı narkoman olub, onu döyüb. Qadın elə hala düşüb ki, həyat yoldaşı yatan zaman başını kəsib”.

H. Hüseynova nəzərə çatdırıb ki, Azərbaycanda qadınlara qarşı çox cinayət işləri açılmır: “Qadın yüksək vəzifəyə təyin olunsa da, ailəsinin xanımıdır. Biz kişilərin də hüquqlarını müdafiə edirik”.

Məqalədə : Qadınlar döyülən kişilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda dərman istehsal olunacaq - FOTO

09

Dekabr
21:12
İQTİSADİYYAT
306

Erkin Qədirli seçkiyə gedir

09

Dekabr
16:45
SİYASƏT
287

AMEA doktorantura və dissertanturaya qəbul elan edib

09

Dekabr
16:09
ELM / TƏHSİL
293

Vilayət Eyvazov Bağırova VƏZİFƏ VERDİ

09

Dekabr
16:00
HÜQUQ,HADİSƏ
374
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 05:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru