Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
11:18
Daha bir azərbaycan bloqer Paşinyanı çətin duruma saldı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan və Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüşdə bir azərbaycanlı video bloqerin iştirakı ilə qeyri-adi hadisə baş verib.

FaktXəbər-in "Sputnik" agentliyinə məlumatına görə, oraya toplaşanlar üçün gözlənilmədən azərbaycanlı video bloqer Ata Abdullayev baş nazir N. Paşinyana xoşagəlməz suallar verməyə başlayıb.

A.Abdullayev özü bununla bağlı Facebook səhifəsində video yayıb. Azərbaycanlı Ermənistan hökumətinin başçısından soruşub: “Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.

Nikol Paşinyan erməni kilsəsində azərbaycanlını görəndə özünü itirib. Bununla belə, Ermənistanın baş naziri deyib ki, "qeyd etmək lazımdır ki, azərbaycanlı erməni kilsəsindədir və Ermənistanın hökumət başçısına sual verir”.

Ata Abdullayev həmçinin Paşinyandan Qarabağın işğal zonasında həbsdə olan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsini tələb edib.

Xatırladaq ki, ötən həftə də bloqer Bəxtiyar Hacıyev Paşinyana sual verməklə onu çətin vəziyyətə salmışdı.

A.Abdullayevin sosial şəbəkələrdə yaydığı videonu diqqətinizə çatdırırıq.

Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
233

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
289

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
327

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
308

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 19:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru