Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
10:48
Vüqar Bayramov: Vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır?

"Müflişləşmiş banklar ilə bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır."

FaktXəbər bildirir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinnin (CESD) rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərin əvəzlənə bilməsi ilə əlaqədardır: "Məsələn, Biləsuvar rayonun sakini Azad Mahmudovun müflişlən bankların brində 10 522 dollar əmanəti, 13800 manat isə kredit öhədliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmilləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanəti ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank və daha doğrusu müflişləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahatca və əksər hallarda şəffad olmayan şəkildə xərcləsə də onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də onu əmanəti ilə əvəzləşdirə bilmir."

Vüqar Bayramov bildirir ki, bundan çıxan nəticə vətəndaşın pulunu xəcləyən müflisləşmiş bank rəhbərliyinin heç bir məsuliyyət daşımamasıdır: "Amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır. Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir. Mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərləinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtyac var. Buna görə də, biz təklif edirik ki, fizik şəxslərin öhədlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13800 manat olubsa o zaman kredit xətti bağlanmalı və vətəndaşa 4087 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 9-na manatın məzənnəsi

06

Dekabr
17:24
İQTİSADİYYAT
245

Bakıda hüquqşünas döyülüb

06

Dekabr
16:23
HÜQUQ,HADİSƏ
373

"Nokia 2.3" smartfonu təqdim olunub

06

Dekabr
15:55
MARAQLIDIR
300

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
589
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 07:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru