Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2019
10:53
Ombudsman: `Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalır`

"Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının səbəblərindən biri də çoxsaylı boşanmalardır. Çünki belə ailələr arasında münaqişələr və kobud rəftarlar baş verir. Uşaqlar da bunu həm görür, həm də şiddətə məruz qalırlar".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

E.Süleymanova bildirib ki, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri də məlumdur: "Səbəblərdən biri qaçqın ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, öz təsirini göstərir".

O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travmadır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir, onlarda güclü psixoloji stresslər yaradır. Bundan başqa, bəzən erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər. Belə faktlar az sayda olsa da, Azərbaycanda da müşahidə olunur. Belə körpələr də fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir".

Məqalədə : boşanma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
349

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
616

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1569
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2019 09:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru